Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
Mövcud regional vəziyyət, 8 avqustda Vaşinqton Sülh Sammiti çərçivəsində əldə edilən razılaşmaların əhəmiyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi ilə bağlı görülən tədbirlər müzakirə olunub.
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi, eləcə də ikitərəfli gündəmdə olan digər qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.