8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Trampla 3 memorandumu imzaladım, bunlardan biri nüvə enerjisini də əhatə edən enerji sektoru ilə bağlı idi və biz nüvə texnologiyalarına malik müxtəlif ölkələrlə əməkdaşlığımızı inkişaf etdiririk. Baş nazir Nikol Paşinyan bunu hökumət iclasından sonra keçirilən brifinqdə jurnalistin nüvə enerjisi sahəsində ABŞ ilə əməkdaşlıqla bağlı sualını cavablandırarkən bildirib.
“Hazırda bütün tərəfdaşlarla işləyirik: Fransa, ABŞ, Rusiya, Cənubi Koreya, Çin və bütün mümkün müvafiq suallara etibarlı cavablar alındıqdan sonra lazımi qərarlar qəbul ediləcək”, - deyə Baş nazir vurğulayıb.