• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Xarici İşlər Nazirliyi paraflanmış sülh sazişinin mətnini dərc edib
Siyasət
17:0311 Avq, 2025

Xarici İşlər Nazirliyi paraflanmış sülh sazişinin mətnini dərc edib

ER Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” sazişin mətnini dərc edib.

"Ermənistan Respublikası və Azərbaycan Respublikası (bundan sonra Tərəflər),

Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq,

Bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq,

BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,

Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək,

Aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər:

Maddə I

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;

Maddə II

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Maddə III

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Maddə IV

Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.

Maddə V

Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Maddə VI

Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Maddə VII

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Maddə VIII

Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Maddə IX

Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.

Maddə X

Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.

Maddə XI

Hazırkı Saziş Tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT üzvdövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir. Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.

Maddə XII

Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər; Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.

Maddə XIII

Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.

Maddə XIV

Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Maddə XV

XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar; Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.

Maddə XVI

Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.

Maddə XVII

Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir”.

 

 

Baxışların sayı2978
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • ABŞ Pezeşkian və Araqçinin BMT Baş Assambleyasında iştirak etməsi üçün vizaları təsdiqləyib 16:0918 Sen, 2026
  • Ermənistan baş naziri Hessian Sülh Mükafatına layiq görülüb 14:0418 Sen, 2026
  • Nikol Paşinyan Frankfurta gəlib 12:1318 Sen, 2026
  • Paşinyan Almaniyaya işgüzar səfər edib 08:0018 Sen, 2026
  • Tehran Pekinlə strateji tərəfdaşlığa dəyər verir: Əraqçi 15:1117 Sen, 2026
  • Ermənistanda İtaliya İnkişaf Əməkdaşlıq Agentliyinin regional ofisi açılır 12:2017 Sen, 2026
  • Bu gün dünyanın bütün silah bazarları Ermənistan üçün açıqdır: Paşinyan 12:0017 Sen, 2026
  • Suren Papikyan Pekində bir sıra iri hərbi-sənaye şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib 11:1217 Sen, 2026
  • Ermənistan və İtaliya xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr keçirilib 10:5817 Sen, 2026
  • Bu gün Çin müdafiə naziri adından təşkil olunmuş rəsmi şam yeməyində iştirak etdim: Suren Papikyan 16:1016 Sen, 2026
  • Alen Simonyan və Finlandiya səfiri Ermənistan-Aİ münasibətləri ilə bağlı məsələləri müzakirə ediblər 15:4316 Sen, 2026
  • Düşünürəm ki, hər şey artıq deyilib: Simonyan Hacıyevin açıqlamalarına reaksiya barədə 15:2616 Sen, 2026
  • ER Parlamentinin sədri və Gürcüstanın səfiri Ermənistan və Gürcüstan arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər 15:0916 Sen, 2026
  • Vahagn Xaçaturyan və İsveçrə səfiri ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər 14:5216 Sen, 2026
  • Təhlükəsizlik Şurasının katibi və Gürcüstanın Ermənistan Respublikasındakı səfiri ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər 12:3116 Sen, 2026
  • Almaniya Bundestaqının nümayəndə heyəti ilə ER-AB tərəfdaşlıq gündəliyi müzakirə olunub 11:0216 Sen, 2026
  • Suren Papikyan 13-cü Syanşan Konfransının açılış mərasimində iştirak edib 08:0016 Sen, 2026
  • Ermənistan və İran dəmir yolu şəbəkələrinin infrastrukturları və mövcud imkanları müzakirə olunub 17:3315 Sen, 2026
  • Həmkarları ilə qeyri-rəsmi əlaqələr: Suren Papikyanın Çinə səfəri davam edir 16:5315 Sen, 2026
  • Ruben Rubinyan və Almaniya Bundestaqının nümayəndəsi Anton Hofrayter əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər 16:4215 Sen, 2026
  • Fidan və Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son bir ildə əldə edilən irəliləyişi müzakirə ediblər 15:5315 Sen, 2026
  • Müdafiə sektorunda Ermənistan-Çin əməkdaşlığının perspektivləri müzakirə olunub 13:5815 Sen, 2026
  • Suren Papikyan Pekindədir 12:0315 Sen, 2026
  • Moskva Ermənistan tərəfindən Gyumridə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müraciət almayıb: Qaluzin 11:2915 Sen, 2026
  • Baş nazir Almaniya Bundestaqının Avropa Birliyi İşləri Komitəsinin sədrini qəbul edib 17:4214 Sen, 2026
  • Dİ naziri və Gürcüstanın baş naziri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər 16:3614 Sen, 2026
  • Parlamentin sədri və Estoniya səfiri iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 15:2614 Sen, 2026
  • Sülh quruculuğu məsuliyyətli çıxış və hərəkətlər tələb edir: “Sülh Körpüsü”nün erməni üzvləri Hacıyevin açıqlamaları barədə 14:5314 Sen, 2026
  • Alen Simonyan AB nümayəndələri ilə AB missiyası ilə bağlı məsələləri müzakirə edib 14:3214 Sen, 2026
  • Kanada Ukrayna üçün AB kreditinə qoşulmaq niyyətindədir: Financial Times 12:3014 Sen, 2026
  • Rubinyan Hacıyevin bəyanatına toxunub 11:2814 Sen, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015