Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub․
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Baş nazir cari il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrini, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, ATƏT-in Minsk Qrupunun mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri çərçivəsində regional kommunikasiyaların blokunun açılması, eləcə də “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsini təqdim edib.
Ermənistan Respublikasının baş naziri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni keyfiyyətinin yaradılmasına imkan yaradır.
Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə dair məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə edilib. Baş nazir qeyd edib ki, bu sazişlərin həyata keçirilməsi üçün atmosfer həmişəkindən daha əlverişlidir. Həmsöhbətlər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.