Avqustun 7-8-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
Bu barədə Hökumətdən məlumat verilib.
Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.