Rusiyanın uranın zənginləşdirilməsi üçün texnoloji imkanları var və bu məsələdə İrana yardım göstərməyə hazırdır, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən BRİKS sammitindən sonra bildirib.
“Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planından birtərəfli qaydada çıxdıqda, İranın zənginləşdirməni məhdudlaşdırmaq öhdəliyi yox idi və indi söhbət bundan gedir.
Biz sadəcə olaraq xatırlatdıq ki, bizim belə texnoloji imkanlarımız var və onları yüksək zənginləşdirilmiş uranın artıq hissəsini Rusiyada emal üçün götürməklə və enerji baxımından zənginləşdirilmiş uranı İslam Respublikasının nüvə obyektlərinə qaytarmaqla təmin etməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrov əlavə edib ki, Moskva tərəflərə nüvə proqramı ilə bağlı mövqelərini yaxınlaşdırmağa kömək edə bilər.
Rusiyalı nazir həmçinin qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərliyi İrana zərbələrdən bir neçə gün əvvəl təqdim etdiyi və daha əvvəl dərc etdiyi qiymətləndirmələrə görə məsuliyyət daşımalıdır. Lavrovun sözlərinə görə, bu qiymətləndirmələr birmənalı olmayıb.