Baş nazir Nikol Paşinyan GLOBSEC 2025 forumunda iştirak etmək üçün bir günlük işgüzar səfərlə Çexiyaya gedib. Bu barədə ER hökuməti məlumat yayıb.
Baş nazir “Qonşularla uzunmüddətli tərəfdaşlıq qurmaq üçün fürsətdən istifadə edərək” adlı panel müzakirəsində iştirak edəcək, həmçinin “Dəyişən dünyada Ermənistan” adlı müzakirələrdə məruzəçi kimi çıxış edəcək.