Baş nazir Nikol Paşinyan İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xameneiyə və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində günahsız vətəndaşların həlak olması ilə bağlı başsağlığı mesajları göndərib.
İranın ruhani rəhbərinə ünvanlanan məktubunda deyilir:
“Bəndər Abbasdakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində günahsız mülki vətəndaşların həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm.
Bu çətin zamanda sizə və dost İran xalqına dəstək və həmrəylik sözlərimizi göndərir, yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq”.
İran prezidentinə ünvanlanan başsağlığı məktubunda deyilir:
“Mən Bəndər Abbasdakı Şəhid Rəcai Limanında baş verən və günahsız insan tələfatı və yaralanmasına səbəb olan dəhşətli partlayış barədə dərin kədər hissi ilə öyrəndim.
Sizə və dost İran xalqına Ermənistan Respublikasının xalqı adından və şəxsən öz adımdan başsağlığı verirəm.
Bu ağır gündə həlak olanların ailələrinə və yaxınlarına dəstəyimi bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.