Azərbaycanda ictimai və siyasi fəallarına təsir davam edir. Bu həftə daha bir jurnalist saxlanıldı.
Bu həftə ərzində "BBC Azərbaycanca" fəaliyyətinin dayandırdığı da açıqlandı.
Azadlıq Radiosu bildirir ki, fevralın 19-da prokuror Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 10 il həbs cəzası istədi. Daha əvvəl ictimai fəal Möhyeddin Orucova da 7 il həbs cəzası istənilib. O da T.Yaqublu kimi 1 il 2 aydır həbsdədir.
Bu həftə "BBC Azərbaycanca" Azərbaycanda fəaliyyətini dayandırdığını, hökumətdən şifahi göstəriş aldıqdan sonra ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul etdiyini bildirib.
"BBC Azərbaycanca" bu günə qədər ölkədə tənqidi, fərqli fikirlərə yer ayıran azsaylı media orqanlarından biridir.
Bu media ötən il növbədənkənar keçirilən prezident və parlament seçkilərində "karusel" və digər seçki pozuntularını işıqlandırıb.
Xatırladaq ki, daha əvvəl "Turan" İnformasiya Agentliyi, daha öncə isə "Toplum TV" internet televiziyası fəaliyyətini dayandırıb, biri bunu maliyyə çətinlikləri, digəri təzyiqlər, əməkdaşlarının həbsi ilə izah edib.
Avropa Parlamenti dekabrda Azərbaycanı müstəqil mediaya gərəksiz məhdudiyyətləri qaldırmağa, QHT-lər və media qanunvericiliyini Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmağa çağırır, MeydanTV, ToplumTV, AbzasMedia, Kanal13-ə repressiyanı dayandırmağı tələb etdi.
AŞPA da yanvarda rəsmi Bakını "repressiv" təqibləri dayandırmağa çağırıb.