Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Bu barədə Azərbaycanın Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Söhbət zamanı, bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin regiondakı nəqliyyat bağlantılarının, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin və Azərbaycanı Naxicevanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.