Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər ümumi enerji resursları bazarının formalaşdırılması üçün kompromisə getməlidir. Bu barədə ER Baş naziri Nikol Paşinyan Aİİ Hökumətlərarası Şuranın iclasında bildirib.
“2025-ci ildə qaz, neft və neft məhsulları üçün ümumi bazarların fəaliyyətə başlamasının nəzərdə tutulmasına baxmayaraq, bu gün ümumi enerji resursları bazarının tikintisi və inkişaf perspektivləri baxımından üzv dövlətlərin aydın vahid yanaşması yoxdur.
Əminəm ki, istisnasız olaraq bütün Aİİ üzv dövlətləri üçün ümumi enerji resursları bazarının yaradılması bir sıra əsas üstünlüklər verəcək, iqtisadiyyatların davamlı inkişafına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də enerji təhlükəiszliyin gücləndirilməsinə töhfə verəcək. Bunu nəzərə alaraq, hesab edirik ki, dialoqumuz kompromis razılaşmaların tapılmasına yönəlməlidir”, - Ermənistan hökumətinin başçısı bildirib.