Dekabrın 12-də Brüsseldə ER xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Saymon Mordyu ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunuluv. Bu kontekstdə nazir Mirzoyan sülh prosesinin davamlılığının təmin edilməsinin vacibliyini qeyd edib.