İyulun 7-8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyada Dubrovnik Forumunda iştirak edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirdi.
“Nazir Mirzoyanın “Pozulan Dünya nizamı. Dünya siyasətini necə sabitləşdirmək olar” mövzusunda panel müzakirəsi iştirakısı, eləcə də həmkarları ilə görüşlər planlaşdırılır”, – o bildirdi.