Heydər Əliyev adına Neft Emalı Zavodunun əməkdaşları iyunun 22-də etiraz aksiyasını keçirib, Turan agentliyi məlumat yayıb.
Dövlət Neft Şirkətinin mühafizə idarəsinin əməkdaşları bildirib ki, idarə SOCAR-ın tabeliyindən çıxarılıb və özəl GESCO adlı şirkətə verilir.
Aksiya iştirakçıları qeyd edib ki, etirazlarının səbəbi əmək haqqlarının azalması ehtimalıdır.
"Bizi inandırmağa çalışırlar ki, siz razılıq verin, sizin bütün indiki şəraitiniz, maaşınız qüvvədə qalacaq. Amma biz inanmırıq".
GESCO şirkətinin nümayəndəsi isə bildirib ki, işçilərə bütün əməkdaşların hüquqlarının hamısını saxlanılacağı barədə məlumat verilib. Aksiya insidentsiz başa çatıb.