• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Azərbaycanın yürütdüyü siyasət birmənalı olaraq regionda gərginliyin azalmasına kömək etmir: ER XİN-in sözçüsü
Siyasət
13:1229 Apr, 2023

Azərbaycanın yürütdüyü siyasət birmənalı olaraq regionda gərginliyin azalmasına kömək etmir: ER XİN-in sözçüsü

ER XİN-in mətbuat katibi “Azatutyun” radiosunun suallarını cavablandırırkən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin irəli sürdüyü 8 ilkin şərtə toxunub: 
 
“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin uydurma tələbləri gündən-günə dəyişir və təkcə Ermənistan Respublikası deyil, bütün beynəlxalq ictimaiyyət üçün də bütün bunları təqib etmək çətinləşir. Misal olaraq Laçın dəhlizinin bağlanması ilə bağlı Azərbaycan tərəfinin bəyanatları göstərmək olar.
 
Ötən il dekabrın 12-dən Azərbaycan öncə dəhlizin bağlanmadığını elan etdi, daha sonra dəhlizin qondarma “eko-fəallar” tərəfindən bağlanması, sonra da sözügedən mədənin fəaliyyətini dayandırdığı elan edildikdə, “eko- fəallar" dəhlizdən keçən Qırmızı Xaç avtomobillərini və humanitar yükləri yoxlamağı tələb ediblər.
 
Sonra bu hərəkətlər qondarma minaların köçürülməsi ilə əsaslandırılmağa başladı, Beynəlxalq Məhkəmənin qərarından sonra isə dəhlizin açıq olduğunu yenidən bəyan etməyə başladılar. Artıq aprelin 23-də 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulması ilə Laçın dəhlizində keçid məntəqəsinin yaradılması istiqamətində atılan addımlar aylarla dövlət səviyyəsində təşkil edilən səhnələşdirmənin əsl məqsədini göstərdi.
 
Suala qayıdaraq, vurğulamaq lazımdır ki, Ermənistan Respublikasının silahlı qüvvələri öz xidmətini müstəsna olaraq Ermənistan Respublikasının suveren ərazilərində həyata keçirir. Məlumdur ki, 1990-cı illərdən Azərbaycanın həyata keçirdiyi təcavüzdən müdafiə olunmaq və Dağlıq Qarabağın mülki əhalisinə qarşı kütləvi zorakılığın qarşısını almaq üçün Artsax erməniləri bu gün də öz xidmətini davam etdirən müdafiə ordusu yaratmışlar. 
 
Müdafiə Ordusu yalnız Azərbaycan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti, o cümlədən Dağlıq Qarabağ əhalisinin fiziki və psixoloji hədələnməsi, qətllər, atəşkəs rejiminin vaxtaşırı pozulması, Laçın dəhlizinin bağlanması, ərzaq təchizatının pozulması kontekstində aktual olub və aktual olaraq qalır. 
 
Azərbaycan tərəfindən müxtəlif səviyyələrdə qaldırılan 8 kənd məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, hələ 1990-cı illərdə Azərbaycan Artsvaşeni, Tavuş rayonunun Vazaşen və Aygehovit kəndlərinin əkin sahələrini, Berkaber və Paravakar kəndlərinin əkin sahələrinin 70 faizini, 44 günlük müharibədən sonra yenidən başlayan təcavüz nəticəsində daha 150 kvadrat kilometr ərazini işğal edib.
 
Təəccüblüdür ki, “Ermənistan tərəfindən ərazilərin işğal olunması” barədə danışanlar yüksək rəhbərliyi Ermənistanın suveren ərazilərinə açıq şəkildə ərazi iddiaları irəli sürən, bəzən Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını, ona görə də SQ-nin irəlilənməsi ilə onun pozulmadığını bəyan edən ölkənin rəsmiləridir. 
 
Azərbaycan prezidenti dəfələrlə ER ərazilərinin işğalını açıq şəkildə etiraf edib və tələbləri yerinə yetirilmədiyi təqdirdə güc tətbiq etməklə yeni əraziləri işğal edəcəyi ilə hədələyib.
 
Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana Alma-Ata Bəyannaməsi ilə hər iki ölkə tərəfindən tanınan sərhəd xəttinə hörmətlə yanaşmaq, həmçinin qeyd olunan kəndlərin bəziləri ilə bağlı hüquqi əsaslandırmalar təqdim etmək barədə müraciətləri cavabsız qalıb. Üstəlik, 1975-ci il sərhəd xəttindən qoşunların çıxarılması ilə bağlı  Ermənistan tərəfinin təklifi sərhəddəki gərginliyin azaldılmasına və bir sıra mövcud problemlərin həllinə mütləq töhfə verəcəkdi, lakin o təklif da cavabsız qalıb. 
 
Ermənistan əmindir ki, bütün problemləri yalnız konstruktiv dialoq yolu ilə həll etmək mümkündür və Azərbaycanın yürütdüyü siyasət birmənalı olaraq regionda gərginliyin azaldılmasına və sülhün bərqərar olmasına kömək etmir”.
 
 
Baxışların sayı17
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Putinlə əla söhbətim oldu. O, razılaşmanı imzalamaq istəyir: Tramp 12:1210 Sen, 2026
  • Rusiya və Türkiyə Cənubi Qafqaz və Orta Asiyadakı vəziyyəti müzakirə etdilər 11:3610 Sen, 2026
  • Aİ Məhkəməsi Macarıstanın Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsinə qarşı iddiasını rədd edib 16:3409 Sen, 2026
  • Parisə çatdıq: Baş nazir video yayımladı 15:2109 Sen, 2026
  • Rubio Ukrayna münaqişəsinin həlli üçün əlavə təşəbbüslər inkişaf etdirməyi mümkün hesab edir 14:5809 Sen, 2026
  • AB Kiyevə kredit vasitəsilə Patriot raketləri almağa icazə verib 14:1509 Sen, 2026
  • Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Florian Eskudye Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi 11:4809 Sen, 2026
  • ER Parlamentinin sədri və Braziliya səfiri iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər 11:0709 Sen, 2026
  • Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb 08:4909 Sen, 2026
  • Gevorq Papoyan Dubaydakı ən böyük pərakəndə satış şəbəkəsi “Bluemart”ın rəhbərliyi ilə görüşüb 17:0408 Sen, 2026
  • Şimali Makedoniya ilə siyasi dialoqun aktivləşdirilməsinə əhəmiyyət veriri: Nikol Paşinyan 16:5308 Sen, 2026
  • Ermənistan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri ikitərəfli münasibətlərdə hüquqi və müqavilə bazalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər 15:1708 Sen, 2026
  • Enerji dayanıqlığının gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi ER hökumətinin prioritetləri arasındadır: Mirzoyan 14:1108 Sen, 2026
  • Qazaxıstan Ermənistan Baş nazirinə aid edilən məlumatları təkzib edir 12:2708 Sen, 2026
  • Taşa Harris Böyük Britaniyanın Ermənistan üzrə yeni Ali Komissar müavini təyin edilib 11:3808 Sen, 2026
  • Ararat Mirzoyan Latviya Seym sədri ilə görüşüb 09:5108 Sen, 2026
  • Qazaxıstan sosial şəbəkəsində Ermənistanın Baş nazirinə aid edilən ifadələr saxtadır 17:1607 Sen, 2026
  • Ermənistan bütün Baltikyanı ölkələrlə tərəfdaşlığını ardıcıl olaraq genişləndirir: XİBTN 16:5907 Sen, 2026
  • Ararat Mirzoyanın Riqadakı rəsmi müzakirələri Latviya xarici işlər naziri ilə təkbətək görüşlə başlayıb 16:1007 Sen, 2026
  • Putin-Paşinyan görüşü diplomatik kanallar vasitəsilə razılaşdırılacaq: Peskov 15:4907 Sen, 2026
  • Xudatyan və Kvrivişvili nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər 15:3007 Sen, 2026
  • Gevorq Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dubayda keçirilən 15-ci İllik İnvestisiya Görüşündə iştirak edir 14:2607 Sen, 2026
  • Sərhəd keçid məntəqələrinin açılması Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır: Birgə bəyanat 12:3107 Sen, 2026
  • Rubinyan və İsveçrə səfiri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər 12:0007 Sen, 2026
  • Səfir Marqaryan və Litva Seyminin sədr müavini Parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər 11:3205 Sen, 2026
  • Azərbaycan Ermənistana yanacaq çatdıracaq 11:2105 Sen, 2026
  • ER ərazi idarəetmə naziri və Çexiya nəqliyyat naziri aviasiya, dəmir yolu və avtomobil sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər 17:3304 Sen, 2026
  • ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı 16:0904 Sen, 2026
  • Parlamentin və Qətər səfiri regional məsələləri və inkişafları müzakirə etdilər 13:2704 Sen, 2026
  • Nikol Paşinyan Serdar Berdimuhamedovu COP17 çərçivəsində liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət etdi. 11:2604 Sen, 2026
  • Baş nazir Ermənistanda diplomatik missiyasını başa vuran Fransa səfirini qəbul edib 16:4303 Sen, 2026
  • ER Təhlükəsizlik Şurasının katibi və Qətər səfiri ikitərəfli əməkdaşlığın davamlı dərinləşməsini vurğulayıblar 15:2403 Sen, 2026
  • Paşinyan və Kipr Prezidenti Ermənistan-Aİ əməkdaşlığına toxunublar 15:0503 Sen, 2026
  • Paşinyan və Əliyevin Bişkekdəki görüşünün gündəliyində əsirlər və itkin düşmüş şəxslərlə bağlı məsələlər də var idi 14:1303 Sen, 2026
  • Ermənistanı referendum keçirməyə məcbur etmək mümkün deyil: Paşinyan AİB-Aİ dilemması haqqında 14:0803 Sen, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015