• Հայ
  • Eng
  • РУС
  • Az
Hərbçi ərazidə azaraq avtomobillə Azərbaycanın nəzarəti altında olan əraziyə keçib: ER MN Hərbçi ərazidə azaraq avtomobillə... 16:35
Marukyan bütün erməniləri öldürməklə hədələyən azərbaycanlı saxta fəallə toxunub Marukyan bütün erməniləri öldürməklə... 11:34
Alen Simonyan və Bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvləri Ermənistanın üzləşdiyi təhlükəsizlik məsələlərini müzakirə ediblər Alen Simonyan və Bundestaqın... 17:28
  • Proqramlar
  • Artsaxa qarşı hücum
  • COVİD-19
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Artsax
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dünya
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
BMT-nin mandat sahibləri Azərbaycanın Ermənistana qarşı hərəkətlərini hərbi cinayət kimi qiymətləndiriblər
Siyasət
16:0331 Yan, 2023

BMT-nin mandat sahibləri Azərbaycanın Ermənistana qarşı hərəkətlərini hərbi cinayət kimi qiymətləndiriblər

BMT İnsan Hüquqları Şurasının mandat sahibləri (müstəqil ekspertlər, xüsusi məruzəçilər) 2023-cü il yanvarın 27-də Azərbaycan hakimiyyətinə ünvanlanmış məktubu dərc ediblər, onlar indiyə qədər məktubun cavabı ala bilməyiblər.

“Armenpress” xəbər verir ki, məktub  2022-ci il sentyabrın 13-də Ermənistan Respublikasına qarşı hərbi təcavüz zamanı Azərbaycan silahlı qüvvələrinin  erməni hərbi əsirləri işgəncələrə və digər qəddar rəftara məruz qoyması,  erməni hərbi əsirlərin və mülki şəxslərin məhkəməsiz qətlə yetirilməsi, erməni hərbçilərinin, o cümlədən qadınların meyitlərinin şikəst edilməsi və təhqir edilməsi, o cümlədən Ermənistan hərbçilərinin lazımi tibbi yardım göstərilməməsi nəticəsində həlak olması barədədir.

BMT-nin mandat sahibləri qeyd ediblər ki, baş verənlər müharibə cinayəti kimi qiymətləndirilə bilər, çünki insan hüquqlarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, xüsusən Cenevrə Konvensiyalarının pozulması qeydə alınıb.

Onların fikrincə, Azərbaycan həmçinin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiyanın, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi  barədə Konvensiyanın əsas müddəalarını pozub.

Belə ki, Azərbaycan BMT-nin insan hüquqlarına dair fundamental sənədlərinin üzvü olmaqla onları kobud şəkildə pozur və BMT-nin insan hüquqlarının təmin olunmasına nəzarət edən mandat sahibləri, xüsusi məruzəçilər və müstəqil ekspertlər kimi mühüm qurumlarla əməkdaşlıq etmir. Azərbaycan da BMT qurumlarının ona verdiyi göstərişləri nəzərə almır.

Sənədi imzalayan BMT-nin insan hüquqları məsələləri üzrə mandat sahibləri bildirilmiş hallarla bağlı dərin narahatlıqlarını ifadə edərək, Azərbaycanı bu cür pozuntuların dayandırılması, onların təkrarlanmasının qarşısının alınması üçün bütün lazımi tədbirləri görməyə və cinayətlərə görə məsuliyyət daşıyan hər hansı şəxs və ya şəxslərin cəzalandırılmasını təmin etməyə çağırıblar. 

Məktubda o da bildirilir ki, mandat sahibləri 2020-ci ilin noyabrında atəşkəsdən sonra hərbi əsirlərin azad edilməməsinin faktiki və hüquqi səbəbləri ilə bağlı cavab almayıblar. Azərbaycan həm də zorla itkin düşənlərin yaxınlarının taleyi ilə bağlı məlumat alması üçün hansı addımlar atdığına cavab verməyib.

 
Baxışların sayı1554
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb 17:3921 Mar, 2023
  • Mövlud Çavuşoğlu və Toivo Klaar Brüsseldə görüşüb 16:4821 Mar, 2023
  • Hərbçi ərazidə azaraq avtomobillə Azərbaycanın nəzarəti altında olan əraziyə keçib: ER MN 16:3521 Mar, 2023
  • Artsax Respublikası 100 gündür blokadadadır 15:3121 Mar, 2023
  • İsrailin Hayfa şəhərindəki meydanlardan birinə Erməni Soyqırımı qurbanlarının xatirəsinin adı verilib 15:1721 Mar, 2023
  • ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək 14:5321 Mar, 2023
  • İran xarici işlər nazirinin müavini iki günlük işgüzar səfərlə Ermənistana gələcək 13:5521 Mar, 2023
  • Artsax Ombudsmanı 100 günlük blokada nəticəsində fərdi və kollektiv insan hüquqlarının pozulması haqqında hesabatını yayıb 13:3221 Mar, 2023
  • Qazaxıstan neftinin Aktau-Bakı marşrutu ilə nəqlinə başlandı 13:1521 Mar, 2023
  • Rusiya Baş naziri Mixail Mişustin Si Cinpin ilə görüşüb 12:3921 Mar, 2023
  • AK miqrasiya probleminin həlli üçün daha 110 milyon avro ayırmağa hazırdır 12:1821 Mar, 2023
  • Çin Sədri Si Cinpin Vladimir Putinlə Ukraynanı müzakirə edib 11:5021 Mar, 2023
  • Marukyan bütün erməniləri öldürməklə hədələyən azərbaycanlı saxta fəallə toxunub 11:3421 Mar, 2023
  • Dövlət departamenti Azərbaycanda ciddi insan haqları pozuntularını qeyd edir 10:4221 Mar, 2023
  • Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunub 21:5120 Mar, 2023

Bütün müəllif hüquqları qorunur.

© 2022 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015