• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
ER-nin Azərbaycanla münasibətləri tənzimləmək üçün konstruktiv mövqe nümayiş etdirməsi fonunda Azərbaycanın təxribat xarakterli hərəkətləri dayanmır: Mher Qriqoryan
Siyasət
16:2828 Okt, 2022

ER-nin Azərbaycanla münasibətləri tənzimləmək üçün konstruktiv mövqe nümayiş etdirməsi fonunda Azərbaycanın təxribat xarakterli hərəkətləri dayanmır: Mher Qriqoryan

Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Baş nazirin müavini Mher Qriqoryan oktyabrın 28-də MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edib.

İclasda baş nazirin müavini Mher Qriqoryan çıxış edərək qeyd edib ki, Ermənistanın Azərbaycanla münasibətləri tənzimləmək üçün konstruktiv mövqeyi fonunda Azərbaycanın təxribat xarakterli hərəkətləri və döyüşkən bəyanatları dayanmır.

“Hesab edirik ki, münasibətlərin tənzimlənməsində əsas rol ötən ilin noyabrın 26-da Soçidə Ermənistan baş nazirinin, Rusiya prezidentinin və Azərbaycan prezidentinin üçtərəfli görüşündə əldə olunmuş müvafiq razılaşmanın həyata keçirilməsi çərçivəsində yaradılmış delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının konstruktiv birgə işinə həvalə edilib. 

Xüsusilə qeyd etmək lazımdır ki, delimitasiya prosesində biz MDB-nin fundamental sənədlərinə əsaslanmalıyıq, ona əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri oldu”.

Mher Qriqoryan bu ilin sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə etdiyi hücüm və onun nəticələri barədə məlumat verib. 

“Azərbaycan tərəfidən əsirlərə qarşı işgəncələr verilməsi, vəhşicəsinə qətlə yetirilməsi və fiziki şikəst edilməsi, həlak olan erməni hərbçilərin cəsədlərinin təhqir edilməsi ilə bağlı yayılmış videogörüntülər bütün sivil dünyanın şüurunu sarsıdıb.

Azərbaycan hərbçiləri tərəfindən törədilmiş hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri sübut edən kütləvi informasiya vasitələrində yerləşdirilmiş materialların sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri arasında geniş yayılması ilə yanaşı, həm də müsbət qiymət alması son dərəcə narahatedicidir.

Azərbaycanın döyüşkən ritorikası onu göstərir ki, bu ölkə Ermənistanın daha çox ərazisini işğal etmək niyyətindədir və bunun qarşısı alınmalıdır”- deyə M. Qriqoryan vuruğlayıb.

Onun sözlərincə, Azərbaycanın yeni hücumlarının qarşısının alınması kontekstində beynəlxalq tərəfdaşların Bakının təxribat xarakterli bəyanatlarına ünvanlı və aydın reaksiya verməsi xüsusi rol oynayır.

“Vurğulamaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik həlli Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasının tərkib hissəsidir, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən qeyd-şərtsiz və dərhal geri götürülməsi zəruridir.

Bütün regional kommunikasiyaların blokunun açılması kontekstində Azərbaycanın “dəhliz mövzusu” ilə daimi manipulyasiyası yalnız 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın həyata keçirilməsinə mane olur.

Bu bəyanatın doqquzuncu bəndinin heç bir yerində “dəhliz” sözünün qeyd edilmədiyini vurğulamaq istərdim. 9 noyabr 2020-ci il tarixli bəyanatda “dəhliz” sözü sırf Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini və güzəranını təmin edən Laçın dəhlizinə münasibətdə işlədilir və burada regional nəqliyyat əlaqələrinin açılması mövzusu ilə heç bir əlaqəsi yoxdur və bu razılaşmalar arasında hər hansı uydurma paraleli əks-məhsuldar hesab edirik. 

Bəyanatda Ermənistanın Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni yolun tikintisi ilə bağlı birtərəfli öhdəliyi yoxdur.

Biz həmişə konstruktiv dialoq və səmərəli qarşılıqlı faydalı həll yollarının tapılması yolu ilə tərəflərin suverenliyinə və qanunvericiliyinə hörmət əsasında regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını təklif etmişik və təklif edirik.

Azərbaycanın açıq-aşkar nəqliyyat kommunikasiyalarının açılmasına mane olmaq və insanların ünsiyyətini mümkün qədər təcrid etmək istəyi sübut edir ki, Azərbaycan tərəfi regionda sabit sülhün bərqərar olması kimi son məqsədi güdmür”.

 
Baxışların sayı613
facebook icon twitter icon

Oxşar xəbərlər

  • Mher Qriqoryan MDB Dövlətlərarası Geodeziya, Kartoqrafiya və Kadastr Şurasının 44-cü sessiyasının açılışında iştirak edib 16:1124 Okt, 2022 Mher Qriqoryan MDB Dövlətlərarası Geodeziya, Kartoqrafiya və Kadastr Şurasının 44-cü sessiyasının açılışında iştirak edib İctimaiyyət
Հիմա եթերում
Xəbər lenti
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026
  • Kreml Tuskun Şimal Axını ilə bağlı açıqlamasından təəccübləndi 17:1521 Avq, 2026
  • İntizam səviyyəsinin artırılmasının alternativi yoxdur։ Suren Papikyan Müdafiə Nazirliyinin hərbi hissəsinə gözlənilməz səfər edib 16:1521 Avq, 2026
  • Avqustun 24-də Parlament Hökumət proqramını müzakirə etmək üçün iclas çağıracaq 15:0621 Avq, 2026
  • İranla razılaşma daha da çətinləşib: Tramp 11:4521 Avq, 2026
  • AB-nin Ermənistandakı missiyasının rəhbəri Martuni mərkəzini ziyarət etdi 10:4421 Avq, 2026
  • ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artıb 16:1420 Avq, 2026
  • Vahagn Aleksanyan və Böyük Britaniya səfiri ikitərəfli parlament əlaqələrini dərinləşdirmək perspektivlərini müzakirə ediblər 14:4020 Avq, 2026
  • TRIPP şirkətinin yaradılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir, heç bir maneə yoxdur: Paşinyan 13:2720 Avq, 2026
  • Trampın İrana qarşı siyasəti uğursuzdur: Əraqçi 11:1820 Avq, 2026
  • AB ölkələrinə ixrac həcmləri artıb 10:0320 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015