Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirdi ki, Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə ərzində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 93 ərazini vurub.
Qeyd olunub ki, Rusiya Ukrayna ordusunun 32 komanda məntəqəsini, beş sursat anbarını, 403 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukrayna artilleriyasının 51 mövqeyi vurub. Nəticədə 600-dən çox millətçi və 61 ədəd silah və hərbi texnika məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 149 təyyarə, 112 helikopter, 726 pilotsuz uçuş aparatı, 288 zenit-raket kompleksi, 2834 tank və digər zirehli döyüş maşını, 325 reaktiv yaylım atəşi sistemi, 1306 səhra artilleriya qurğusu və minaatan, 2646 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”,- Rusiya MN sözçüsü bildirdi.