Kiyev və digər ölkələrin Ukraynadakı ərazi reallıqlarını tanımasının vaxtı çatıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu reallıqlar 2014-cü ildə hakimiyyətə gələn rəhbərliyin siyasətinin nəticəsidir. Krım Rusiyaya qaytarıldı, Donetsk və Luqansk müstəqil dövlət oldular. Xalqların qanuni seçiminə hörmət etmək lazımdır”,- Zaxarova qeyd etdi.
Zaxarova bildirdi ki, Rusiya Ukrayna danışıqları davam edir.