Hazırda Ermənistanla Azərbaycan arasında anklavlar məsələsi müzakirə olunmur.
Bu barədə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan qeyd edib, əlavə edərək ki, hazırda Paşinyan-Əliyev görüşü planlaşdırılmır.
“Aərbaycanın təqdim etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz məqam yox idi, Ermənistan öz 6 bəndi ilə hərtərəfli sülh sazişinin əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həllini təklif edib”- deyə o əlavə edib.
Grigoryanın sözlərinə görə, hökumətin mövqeyi aydındır: Dağlıq Qarabağın statusu müəyyən edilməli, institusional təminatlar verilməlidir.