Serbiyada keçirilən prezident seçkilərində ilkin nəticələr məlum olub.
Seçki komissiyasının ilk məlumatına görə, seçkilərdə Aleksandr Vuçiç 71,98% səslə liderdir.
Onun ən yaxın rəqibi Zdravko Ponoş 8,81 faiz, qalan namizədlər isə beş faizdən az səs toplayıb.
Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparırdı.
Həmçinin 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Seçkilərdə 6 milyon 501 min 689 nəfərin səsvermə hüququ var.
Ümumilikdə ölkədə səkkiz mindən çox seçki məntəqəsi və dünyanın 34 ölkəsində 77 səsvermə yeri fəaliyyət göstərib.