Ermənistan Republikasının Prezidenti Vahaqn Xaçaturyan Ermənistan və Rusiya arasınd diplomatik münasibətlərinin qurulmasının 30-cu illiyi münasibətilə Rusiya Prezidenti Vladimir Putini təbrik məktubu göndərib.
“Ermənistan-Rusiya dostluğunun, qardaşlığının və qarşılıqlı dəstəyinin çoxəsrlik tarixində bu əlamətdar hadisə keyfiyyətcə yeni mərhələ açdı, Ermənistanla Rusiya arasında dövlətlərarası əməkdaşlığın bütün sahələrini əhatə edən müttəfiqlik strateji tərəfdaşlığının əsasını qoydu.
Ermənistan-Rusiya strateji əməkdaşlığının bu gün yüksək etimad dialoqu, bütün səviyyələrdə hərbi-texniki, ticarət-iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığı var.
Ölkələrimiz Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər çoxtərəfli birliklər çərçivəsində əməkdaşlıq edir.
Biz Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin yaradılmasına verdiyi töhfəni, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik həllinə yönəlib səylərini yüksək qiymətləndiririk”,- deyə Prezident vurğuladı.