Ermənistan Fransadakı səfirliyi bildirdi ki, aprelin 2-də Paris yaxınlığındakı Le Lila şəhərində Erməni soyqırımının 107-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir zamanı Le Lila şəhərinin meri Lionel Benarus, Ermənistanın Fransadakı səfirliyinin ikinci katibi Tiqran Bağdasaryan, Fransa-Ermənistan təşkilatının sədri Aida Asaduryan və tanınmış tarixçi Klod Mutafyan çıxış ediblər.
Sein-Sen-Deni departamentinin şurası və prefektura nümayəndələri, Fransadakı erməni icmasının nümayəndələri iştirak etdilər.