Aprelin 4-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniya İcmalar Palatasının Ermənistan-Böyük Britaniya Parlament Dostluq Qrupunun rəhbəri Tim Loutonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər Dağlıq Qarabağ münaqişə zonasındakı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Nazir Mirzoyan Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Parux kəndinə daxil olması, mülki əhalinin və infrastrukturun hədəfə alması, Artsaxda humanitar böhranın yaratmasına yönəlmiş hərəkətləri, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunması ilə bağlı məsələləri ətraflı şəkildə təqdim edib.
Ararat Mirzoyan Britaniya parlamentarilərinin 44 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin törətdiyi insan haqları pozuntularının və son vaxtlar Azərbaycanın Dağlıq Qarabağdakı təcavüzkar hərəkətlərinin və onların humanitar nəticələrinin pislənməsi və Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsinə dəstək verilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.
Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara toxunulub. ER XİN başçısı Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi də daxil olmaqla, hərtərəfli yekun nizamlanmaya yönəlmiş ATƏT-in Minsk qrupu formatı çərçivəsində danışıqlara başlamağın zəruriliyini vurğulayıb.
Nazir Mirzoyan qonaqların xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunub.