Martın 31-də BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyası zamanı Ermənistanın təklif etdiyi “Soyqırımın qarşısının alınması” adlı qətnamə konsensusla qəbul edilib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qətnamə geniş şəkildə dəstəklənir, bunu bütün beş regional qrupdan olan ölkələrin həmmüəllifliyi də sübut edir.
Qətnamədə BMT çərçivəsində Konvensiyanın 75 illiyinə həsr olunacaq konfransın təşkili təklif edilir.