Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Griqoryan bu gün Berlində Almaniya Federativ Respublikasının İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dövlət katibi Nils Annen ilə görüşüb.
Tərəflər Ermənistan-Almaniya iqtisadi və texniki əməkdaşlığının gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Hər iki tərəf ikitərəfli və çoxtərəfli maraq doğuran məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər.