Ermənistanın yeni seçilən prezidenti Vahaqn Xaçaturyan martın 13-də Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində and içəcək.
Ermənistan parlamentinin andiçmə ilə bağlı xüsusi iclas keçiriləcək.
Qeyd edək ki, martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vahaqn Xaçaturyan parlament tərəfindən ikinci turda prezident seçilib.