Rusiyanın Ukrayna tərəfinin danışıqların başlanmasının qəsdən gecikdirdiyini güman etməyə əsasları var. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.
Onun sözlərinə görə, Kreml Ukrayna nümayəndə heyətinin “bu gün danışıqlar yerinə çatacağına” ümid edir.
“Danışıqların yeri ikinci plandadır, önəmli olan görüşün keçirilməsi faktıdır. Bilirsiniz ki, birinci mərhələ artıq baş tutub. Biz Belarus tərəfinə danışıqlar üçün gözəl şərait yaratdığına görə minnətdarıq",- Peskov vurğuladı.