Ukrayna Rusiya ilə sülh danışıqlarına və diplomatik səylərə hazırdır. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirdi.
O, Rusiya ilə danışıqlar zamanı vəziyyətin diplomatik yolla həllinin mümkün olacağına ümidvar olduğunu bildirib.
Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunan Kuleba qeyd edib ki, təşkilatda qeyd-şərtsiz üzvlük olmayacaq, lakin Kiyev xüsusi prosedur vasitəsilə struktura qoşulma məsələsini tez həll etməyə çalışır.