Donetsk Xalq Respublikasının silahlı qüvvələri Mariupol şəhəri ətrafında ilgəyi sıxıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirdi.
“Rusiya Silahlı Qüvvələri Kiyevin Lisaya Qora rayonundakı Ehtiyat Texnologiya Radio və Televiziya Mərkəzini yüksək dəqiqlikli silahlarla dağıdıb. Mərkəzin dağılması zamanı insanlar ölməyib, yaşayış evləri dağılmayıb”,- deyə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirdi.
Konaşenkov bildirdi, Ukraynada əməliyyat zamanı ümumilikdə 1600-dən çox obyekt hədəf vurulub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 62 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 52 radiolakasiya stansiyası var. Həmçinin, 49 təyyarə yerdə, və 13-ü isə havada, 606 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəş sistemi, 227 səhra artilleriya qurğusu və minaatan, 405 xüsusi təyinatlı hərbi texnika və 53 pilotsuz uçuş aparatı məhv edilib.