Hökumət iclasında Baş nazir Nikol Paşinyan Ermənistanın yeni seçilmiş Ombudsman Kristine Qriqoryanı təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“"Biz gözləyirik ki, Ermənistanda Ombudsman İnstitutunun səmərəliliyi artacaq və bu, ER dövlət orqanlarına ölkədə insan hüquqlarının müdafiəsi səviyyəsini yüksəltməyə kömək edəcək", - Paşinyan bildirib.
K. Qriqoryan da öz növbəsində qeyd edib ki, insan haqları mandatının tam həyata keçirilməsi üçün hakimiyyətin bütün qolları ilə əməkdaşlıq lazımdır.