Ermənistan Respublikasının Polşadakı səfiri Samvel Mkrtçyan Polşa Respublikası Prezidenti Aparatının Beynəlxalq Siyasət İdarəsinin rəhbəri Yakub Kumox ilə görüşüb. Bu barədə Ermənistanın Polşadakı səfirliyi məlumat yayıb.
Cənubi Qafqazda və geniş Avropa regionunda təhlükəsizlik mühiti, eləcə də baş verən siyasi-diplomatik proseslərlə bağlı məsələlər müzakirə edilib.
Hər iki tərəf Ermənistan və Polşa arasında regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.