ER Baş naziri Nikol Paşinyan bildirdi ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” baş direktoru, İdarə Heyətinin sədri Oleq Belazyorov Ermənistanda işgüzar səfərdədir. Onlar baş nazirin müavini Mher Qriqoryanla görüşüblər. Müzakirə zamanı regionda kommunikasiyaların açılması və dəmir yolunun tikilməsi müzakirə olunub.
“Dünənki səfər tamamilə praktik xarakter daşıyıb, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinin tikintisinə həsr olunub. Biz artıq bu mövzuda razılıq əldə etdik, yəni dəmir yolu Ermənistan ərazisində Ermənistan Respublikasının qanunvericiliyi çərçivəsində, Azərbaycan ərazisində isə Azərbaycan qanunvericiliyi çərçivəsində işləməlidir”,- Paşinyan qeyd etdi.