Ermənistan dəfələrlə bəyan etdi ki, demarkasiya prosesində maraqlıdır. Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan qeyd etdi ki, Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri regionda təhlükəsizliyin və sabitliyin artırılması üçün addımlar atmaq və delimitasiya komissiyası yaratmaq barədə razılığa gəliblər.
“Biz bu bəyanata, bu prinsipə, üzərimizə götürdüyümüz öhdəliyə sadiqik.Mən əvvəl də qeyd etdim ki, biz müxtəlif təkliflər verdik, bu, normal danışıqlar prosesidir”,- deyə XİN başçısı qeyd etdi.