Lüksemburq Böyük Hersoqluğunun Parlamenti sədrinin dəvəti ilə Ermənistan Parlamentinin Ermənistan-Lüksemburq Dostluq qrupu Lüksemburqda rəsmi səfərdədir. Bu barədə Arman Yeğoyan bildirdi.
O qeyd etdi ki, nümayəndə heyətinin sədri Sona Ğazaryan, dostluq qrupunun üzvləri Arusyak Culhakyan, Tsovinar Vardayan və Ermənistan Respublikasının Hollandiya və Lüksemburqdakı fövqəladə və səlahiyyətli səfiri Tigran Balayan ilə birlikdə Lüksemburq Parlamentinin sədri Fernan Etgen, xarici və Avropa məsələlər üzrə komitə sədri İv Kruxten və komitənin üzvləri ilə görüşüb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub.
Xatırladaq ki, Lüksemburq parlamentinin qəbul etdiyi üç qətnamədə, Lüksemburq Parlamenti erməni əsirlərin vətənə qaytarılmasınadək Aİ-Azərbaycan münasibətlərini dərinləşdirməyə imkan verməməyi tələb etdi.