Ermənistanda səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq brifinq zamanı ikinci Artsax müharibəsindən sonra Ermənistanda mövcud humanitar problemlərə, Bakıda saxlanılan əsirlər və mülki şəxslər məsələsinə, beynəlxalq təşkilatların Artsaxa girişinin qarşısına dair suala toxunaraq bildirib:
“Bir çox maraqlı tərəflərin yaxşı işlər görmək niyyətində olduğunun fərqindəyik. Bizim yaxın qonşularımız, Minsk Qrupunun həmsədrləri var və nə olursa olsun, biz prosesi ATƏT çərçivəsində yönləndirməliyik”.
O deyib ki, Avstriya və Aİ bu istiqamətdə daha çox kömək etmək istəyir. Nazir diqqətə çatdırıb ki, lakin bunun üçün tərəflər onların kömək etməsində maraqlı olmalıdır.
“Lakin bir şeyi açıq qeyd edirəm ki, beynəlxalq ictimaiyyət tərəflərin siyasi iradəsini əvəz etməyəcək və edə bilməz. Bunun üçün Bakı və Yerevanın, azərbaycanlılarla ermənilərin bu yolu getməsinə ehtiyac var”, - XİN başçısı vurğulayıb.