Ermənistana işgüzar səfərə gələn Avstriya Respublikasının Avropa və Xarici İşlər üzrə federal naziri Aleksandr Şalenberqin başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Harutyun Marutyan qarşılayıb və memorialın yaranma hekayəsini təqdim edib.
Hər iki ölkənin xarici işlər nazirləri Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önünə əklillər qoyub, qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.