Bu gün Ermənistan və Almaniya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər.
“Xalqlarımız arasında çoxəsrlik dostluq son üç onillikdə qarşılıqlı etimad və hörmət əsasında dinamik şəkildə genişlənib. Ötən 30 il çoxsaylı birgə proqram və təşəbbüslərin həyata keçirilməsi ilə yadda qalıb”,- deyə Almaniyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində qeyd olunub.