Bu gün Erməni Ordunun 30-cu ildönümüdür. 30 il əvvəl müstəqil Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası ilə birlikdə milli ordunun yaradılmasına başladı və bunun üçün 1990-cı il Müstəqillik Bəyannaməsi həlledici rol oynadı.
Üçüncü Ermənistan Respublikasının ordusunun yaranması bir neçə mərhələdən keçib. Birinci mərhələ 1988-ci ilin fevralından 1992-ci ilin may ayına qədər baş tutub. Bu dövrdə Qarabağ hərəkatının aktivləşməsi və Ermənistan-Azərbaycan münasibətlərinin son dərəcədə kəskinləşməsi şəraitində Ermənistan və Artsax əhalisinin hərbi təhlükəsizliyinin təmin edilməsi çox əhəmiyyətli idi.
İkinci mərhələ 1992-1994-cü illlərdə baş tutub. Bu dövrdə Ermənistan və Artsax Respublikaları Azərbaycan təcavüzünün hədəfi olub.
Üçüncü mərhələ 1994-cü ildə başladı və bu günə qədər davam edir.
1992-ci il yanvarın 28-də Hökumət “Ermənistan Respublikasının Müdafiə Nazirliyi haqqınd” qərar qəbul etdi, bununla da huquqi olaraq Ermənistan Milli Ordusunun yaradılmasını elan etdi.
Daha sonra Müdafiə Nazirliyinin mərkəzi aparatı - Baş Qərargah, idarələr və ayrı-ayrı bölmələr yaradıldı.
1992-ci ilin may ayında Müdafiə Nazirliyi respublika ərazisində ilk hərbi xitmətə çağırışa başlayıb.