Ermənistan Respubliaksının Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın baş naziri Boris Consona iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib.
“Ermənistan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu yubiley iki ölkə arasında münasibətləri qiymətləndirmək, birlikdə keçdiyimiz yola yenidən baxmaq, əməkdaşlığın yeni perspektivlərini müəyyən etmək üçün mühüm mərhələdir.
Böyük Britaniya yeni müstəqillik əldə etmiş Ermənistan Respublikasının dövlət quruculuğu yolunda güclü tərəfdaş oldu. Əminəm ki, bu illər ərzində əldə edilmiş zəngin təcrübə Ermənistan-Britaniya əməkdaşlığının bütün potensialını aşkar etmək və ondan hərtərəfli istifadə etmək üçün geniş imkanlar yaradır. Ümidvaram ki, biz növbəti illərdə birgə səylərlə Ermənistan-Britaniya ikitərəfli gündəliyini dövlətlərimizin və dost xalqlarımızın rifahı naminə yeni təşəbbüslər və proqramlarla doldura biləcəyik”,- deyə baş nazir qeyd etdi.