Ermənistan Respublikasının ABŞ-dakı səfiri Lilit Makunts və Ermənistan Respublikasının Parlamentinin sədri Alen Simonyandan Ermənistanın Dövlət Mükafatını - Dostluq ordenini almaq mənim üçün şərəfdir. Bu barədə ABŞ konqresmen Bred Şerman “Facebook” səhifəsində yazdı.
“Dövlət mükafatı Ermənistanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasını qeyd edir. ABŞ-Ermənistan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyim səylərə görə bu orden ER prezidenti Armen Sarkisyanın fərmanı ilə mənə verilib”,- deyə o qeyd etdi.