Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
İki ölkənin hökumət başçıları Rusiya-Ermənistan ticarət-iqtisadi əməkdaşlığının əsas məsələlərini və Aİİ çərçivəsində inteqrasiya və qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Həmçinin koronavirus infeksiyası ilə mübarizədə prioritet birgə vəzifələr nəzərdən keçirilib.
Nikol Paşinyan və Mixail Mişustin bir-birini Yeni il və Milad bayramı münasibətilə təbrik ediblər.