Ermənistan Respublikasının Bş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazdı ki, Azərbaycan regional kommunikasiyaların açılması məsələsini çıxılmaz vəziyyətə salmağa çalışır.
"Azərbaycan prezidentinin Laçin dəhlizi ilə regional kommunikasiyaların açılmasını paralel etmək cəhdləri indiyədək bu mövzuda aparılan müzakirələrə və imzalanmış bəyanatlara heç bir aidiyyəti yoxdur və Ermənistan üçün qəbuledilməzdir.
Bu gün keçirəcək üçtərəfli görüşdə bu mövqeyimi açıq şəkildə ifadə edəcəyəm”.