Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutmayıb. Bu barədə ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirdi.
ATƏT-in Nazirlər Şurasının 28-cı konfrans çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Vurğulamaq lazımdır ki, Ermənistan tərəfi heç vaxt ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində görüşlərdən yayınmayıb”,- deyə Vahan Hunanyan bildirib.