“Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb: “Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi həllini gözləyən digər məsələləri həll etməyə çağırırıq”, - deyə Blinken bildirib.
Blinken Azərbaycan və Ermənistanı Minsk Qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyə çağırıb.
O vurğulayıb ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir.