Ermənistan, Yunanıstan və Kiprin Xüsusi Təyinatlı Qüvvələri birgə təlimlər keçiriblər.
Birgə təlimlər noyabrın 22-dən 26-dək Ermənistan-Yunanistan-Kipr Üçtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində baş tutub.
Birgə təlimlərin keçirilməsində məqsəd birləşmiş xüsusi təyinatlı qüvvələrin döyüş şəraitində döyüş qabiliyyətinin və qarşılıqlı fəaliyyətinin səviyyəsinin artırılması olub.
Təlimlərlə bağlı Kipr Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub ki, Üçtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən təlimlər üç ölkənin silahlı qüvvələri arasında yüksək səviyyədə qarşılıqlı əlaqəni əks etdirir.