Bölgədə hər hansı yolun açılacağı təqdirdə dəmir yolları və avtomobil yolları Ermənistanın yurisdiksiyasında qalacaq.
ER Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan-Türkiyə tərəflərinin “Zangezur dəhlizi” ilə bağlı açıqlamaları barədə “Lurer”-in sorğusuna belə cavab verib.
Baş nazirin müavini dəmir yolu marşrutlarının dəqiqləşdirilməsi ilə bağlı Ermənistan, Rusiya və Azərbaycan arasında yaradılmış üçtərəfli işçi qrupunun müzakirələrinin detallarını da diqqətə çatdırıb.
“Bir daha təsdiq edirəm ki, kommunikasiyaların blokdan çıxarılması prosesi heç bir ekstraterritorial dəhlizin təmin edilməsini nəzərdə tutmur. Mən bir daha təsdiq edirəm ki, yolların açılacağı təqdirdə həm dəmir yolu, həm də avtomobil yolları Ermənistanın tam yurisdiksiyası və suverenliyi altında fəaliyyət göstərəcək”.