• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
ER baş naziri Nikol Paşinyanın Soçidə üçtərəfli danışıqlardakı çıxışı
Siyasət
10:4227 Noy, 2021

ER baş naziri Nikol Paşinyanın Soçidə üçtərəfli danışıqlardakı çıxışı

Noyabrın 26-da Soçidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilib.

Nikol Paşinyan çıxışında xüsusilə deyib: 

“Vladimir Vladimiroviç, icazə verin, əvvəlcə dəvətə və bu görüşün təşkilinə görə Sizə təşəkkür edim. Bugünkü görüşün gündəliyinə keçməzdən əvvəl icazə verin, Kuzbasda çoxsaylı insanın həlak olması ilə nəticələnmiş partlayışla əlaqədar öz adımdan, erməni xalqı adından Sizə başsağlığı verim. Həlak olmuş şaxtaçıların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm.

Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil.

Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.

Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. 

Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Siz Azərbaycan prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdınız. Azərbaycan prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.

Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun",

 

 

 
Baxışların sayı7
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Müdafiə Nazirliyinin inzibati kompleksində "Hərbi hissələrdə görülən işlər və hərbi intizamın möhkəmləndirilməsi" mövzusunda məsləhətləşmə keçirilib 17:2427 Avq, 2026
  • Paşinyan və Kobaxidze Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər 16:0927 Avq, 2026
  • Yerevan hələ ki, Avropaya inteqrasiya istəklərini AİB ilə əlaqələndirməyi zəruri hesab etməyib: Zaxarova 15:3927 Avq, 2026
  • Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə elektrik enerjisinin idxalı və satışı mövzusunu müzakirə edirik: Paşinyan 14:4427 Avq, 2026
  • ER Xarici İşlər Nazirliyi Nepal və Çində baş verən daşqınlarda həlak olanların ailələrinə başsağlığı verib. 11:5227 Avq, 2026
  • Ermənistan Respublikasının Polşada hərbi attaşesi olacaq 10:2727 Avq, 2026
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026
  • Kreml Tuskun Şimal Axını ilə bağlı açıqlamasından təəccübləndi 17:1521 Avq, 2026
  • İntizam səviyyəsinin artırılmasının alternativi yoxdur։ Suren Papikyan Müdafiə Nazirliyinin hərbi hissəsinə gözlənilməz səfər edib 16:1521 Avq, 2026
  • Avqustun 24-də Parlament Hökumət proqramını müzakirə etmək üçün iclas çağıracaq 15:0621 Avq, 2026
  • İranla razılaşma daha da çətinləşib: Tramp 11:4521 Avq, 2026
  • AB-nin Ermənistandakı missiyasının rəhbəri Martuni mərkəzini ziyarət etdi 10:4421 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015