Noyabrın 26-da ER Parlamentinin sədr müavini, Ermənistan-Çin Dostluq Qrupunun rəhbəri Hakob Arşakyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yonqu qəbul edib. Görüşdə dostluq qrupunun üzvləri Babken Tunyan, Lena Nazaryan, Qurgen Arsenyan da iştirak ediblər.
Hakob Arşakyan məmnunluqla qeyd edib ki, Çinin Ermənistandakı səfirliyi ilə ER Parlamenti arasında səmərəli əməkdaşlıq mövcuddur.
“Ermənistan-Çin münasibətləri inkişaf etməkdə davam edir, qarşılıqlı inam və anlaşmanın genişləndirilməsi üçün imkanlar var. Ermənistan müxtəlif sahələrdə - siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır",- Hakob Arşakyan bildirdi.
Səfir öz növbəsində Ermənistan və Çin arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndirib.
Tərəflər turizm sahəsində əməkdaşlığıinkişafına da əhəmiyyət veriblər.