Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Azərbaycan prezidentinin rəsmi saytına əsasən, söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.